Stadnik finalda uduzdu, güləşçilər daha 3 lisenziya qazandılar

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, ilk iki yarış gününün yekunlarına əsasən güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib.
Üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 85 kq, qadın güləşi üzrə 48, 53 və 69 kq çəkidə idmançılar mübarizəyə qoşuldular. Saman Təhmasibi, Mariya Stadnik və Anjela Doroqan lisenziya əldə etdilər.
85 kq
1/16 final - Saman Təhmasibi - Brandao Sant (BRA) - 8:0
1/8 final - Saman Təhmasibi - Hristo Diyanov Marinov (BUL) - 7:3
1/4 final - Saman Təhmasibi - David Çakvetadze (RUS) - 8:0
1/2 final - Saman Təhmasibi - Jan Belenyuk (UKR) - 1:3
Bürünc uğrunda görüş - Saman Təhmasibi - Viktor Lorinç (HUN) - 2:1
48 kq
1/16 final - Jessica Blazka (NED) - Mariya Stadnik -0:11
1/8 final - Mariya Stadnik - Talia Pece (PER) - 10:0
1/4 final - Mariya Stadnik - Tatyana Amanjol-Bakatyuk (KAZ) - 11:3
1/2 final - Mariya Stadnik - Huy Li (CHN) - 4:0
Final - Mariya Stadnik - Eri Tosaka (YAP) - 2:2 rəqib qələbə qazandı
53 kq
1/16 final - Anjela Doroqan - Lenka Hockova Martinova (CZE) - 5:0
1/8 final - Gomez Guerreiro (POR) - Anjela Doroqan - 0:11
1/4 final - Saori Yoşida (YAP) - Anjela Doroqan - 11:0
Təsəlliverici görüş - Anjela Doroqan - Ti Lua Niquen (VİE) - 3:2
Bürünc uğrunda görüş - Anjela Doroqan - Myonq Yong (PRK) - 2:13
69 kq
1/16 final - Elis Manolova - Elmira Sizdikova (KAZ) - 3:4
Məlumat üçün bildirək ki, Las Veqasda keçirilən Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edir.