Çunayevdən ənənəvi jest: Yenə orduda qalmağa qərar verdim
10 sentyabr 2015 00:15

Azərbaycanlı güləşçi Rəsul Çunayev (71) Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçirilən Dünya çempionatında qalib gəldikdən sonra ənənəvi jestini edib. Azerisport.az xəbə verir ki, o, finalda ukraynalı Armen Vardanyan üzərində qələbə qazandıqdan sonra Azərbaycan bayrağı ilə dövrə vurub və hərbi salam verib.
"Hərbi xidmətdən sonra mən orduda qalmaq istədim. Hazırda leytenant rütbəsini daşıyıram".
Qeyd edək ki, Çunayev ilk dəfə deyil ki, qalib gəldiyi görüşlərdən sonra hərbi salam verir. O, ilk dəfə ötən il dünya çempionatında bürünc medal qazanarkən belə addım atmışdı.