Ratkeviç lisenziya və bürünc qazandı, Əsgərov ancaq - lisenziya

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir.
Azerisport.az xəbər verir ki, bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib. Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc medala yiyələnib.
Dördüncü yarış günündə 55, 58, 63 və 75 kq çəki dərəcəsində qadın, 65 kq çəkidə sərbəst güləşçilər yarışdılar. Azərbaycan güləşçiləri 4 çəki dərəcəsində mübarizə apardılar. Yuliya Ratkeviç (58 kq) və Toğrul Əsgərov (65 kq) lisenziyaları əldə etdilər. Ratkeviç həmçinin bürünc medal qazandı.
55 kq
1/8 final - Qianyu Pang (CHN) - Nataliya Sinişin - 10:0
58 kq
1/16 final - Nataliya Golts (RUS) - Yuliya Ratkeviç - 0:4
1/8 final - Yuliya Ratkeviç - Tatyana Lavrençuk (UKR) - 6:0
1/4 final - Yuliya Ratkeviç - Ayim Abdildina (KAZ) - 7:5
1/2 final - Yuliya Ratkeviç - Petra Olli (FİN) - 6:8
Bürünc uğrunda görüş - Yuliya Ratkeviç - Malin Mattson (SWE) - 4:0
63 kq
1/16 final - Anita Anita (İND) - Nadya Muşka Sementsova - 9:1
65 kq - sərbəst güləş
1/32 final - Toğrul Əsgərov - Sayatbek Okassov (KAZ) - 7:2
1/16 final - Devid Safaryan (ARM) - Toğrul Əsgərov - 2:8
1/8 final - Avtandil Kençadze (GEO) - Toğrul Əsgərov - 2:9
1/4 final - Frank Çamizo (İTA) - Toğrul Əsgərov - 10:5
Təsəlliverici görüş - Toğrul Əsgərov - Maqomedmurad Qadjiev (POL) - 12:3
Bürünc uğrunda görüş - Seyidəhməd Mohammadipanekolaei (İRİ) - Toğrul Əsgərov - 15:5
Məlumat üçün bildirək ki, Las Veqasda keçirilən Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edir.