Fotoreportaj|Video|На русском

Güləş

Hacı qızıl, Xetaq bürünc medal, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı

12 sentyabr 2015 11:00

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın 5-ci günündə qadın güləşi üzrə 60 kq, sərbəst güləş üzrə 61, 86 və 97 kq çəki dərəcələrində qaliblər müəyyənləşir. Sərbəst güləşçilərimizdən Məhəmmədhacı Xatiyev (86 kq) və Xetaq Qazyumov (97 kq) Rio Olimpiadasına vəsiqə qazanmaqla, Azərbaycan güləşçilərinin əldə etdiyi lisenziya sayını 10-a çatdırıb.

Qadın güləşçilərin yarışında son təmsilçimiz İrina Netreba (60 kq) ilk görüşdə Türkiyə güləşçisi Hafize Şahinə qalib gəlsə də, Ukrayna idmançısı Oksana Herhelə məğlub olub. Ancaq rəqibin finala yüksəlməsilə güləşçimiz təsəlliverici görüşə qatılıb və Kanada güləşçisi B.Grahamdan üstün olub. Bürünc medal uğrunda həlledici görüşdə İrina Netreba ABŞ təmsilçisi L.Jayneslə qarşılaşıb. Gərgin keçən qarşılaşma bərabərə bitsə də, sonuncu xalı rəqib aldığından güləşçimiz məğlub olub və Dünya çempionatını 5-ci sırada tamamlayıb. 

Sərbəst güləş yarışları ötənilki Dünya və Avropa çempionumuz Hacı Əliyev (61 kq) bu dəfə də finala qədər maneəsiz irəliləyib. Moldovadan Andrey Perpelita, Yaponiyadan Masakazu Kamoi, yarımfinalda isə bolqar Vladimir Dubov güləşçimiz qarşısında tab gətirməyib. Finalda Hacı Əliyevin rəqibi Monqolustandan Nomin Batbold olub. Rəqibinə vaxtından əvvəl qalib gələn güləşçimiz ikinci dəfə Dünya çempionatının qızıl medalına yiyələnib və Azərbaycan sərbəst güləş tarixində ilk ikiqat Dünya çempionu adını qazanıb.

Sərbəst güləş yığmamızın 86 kq çəki dərəcəsində üzvü Məhəmmədhacı Xatiyev çempionata uğurlu startı ilə yadda qalıb. Ardıcıl olaraq Makedoniyadan Halil Zuabirov, İrlandiya idmançısı Aleksandr Villiam Dolli, 1/4 finalda isə Latviya təmsilçisi Armands Zvirbulis üzərində qazandığı qələbələrlə güləşçimiz həm də Rio Olimpiadasına vəsiqəni təmin edib. Yarımfinalda Türkiyə güləşçisi ilə gərgin keçən qarşılaşmanın yekununda zədələnən təmsilçimiz görüşü məğlub başa vurub. Bürünc medal uğrunda görüşə çıxan güləşçimiz Gürcüstan təmsilçisi Sandro Aminaşvili qarşısında hesabda öndə olmasına baxmayaraq zədə səbəbindən görüşü davam etdirə bilməyib və çempionatı 5-ci sırada tamamlayıb.

97 kq çəki dərəcəsində yığmamızın kapitanı Xetaq Qazyumov Rio Olimpiadasına vəsiqə qazanan növbəti təmsilçimiz olub. Mübarizəyə 1/16 final mərhələsindən başlayan Xetaq ilk olaraq Belaruslu İvan Yankovskini, ardınca Moldovadan Nikolay Çebanı mübarizədən kənarlaşdırıb. 1/4 finalda Rusiya təmsilçisi Abdusalam Qadisovla gərgin keçən görüşü uduzan Xetaq Qazyumov, rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Almaniya təmsilçisi üzərində vaxtından əvvəl əldə etdiyi qələbə güləşçimizə Rio Olimpiadasına vəsiqə qazandırıb. Xetaq Qazyumov bürünc medal uğrunda gürcü Elizbar Odikadzeni də məğlub edib və fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb. 



Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah