Afinada daha bir medal Məmməd Əliyevdən gəldi
18 oktyabr 2015 12:30
Yunanıstanın paytaxtı Afinada veteran güləşçilərin dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yunan-Roma güləşi üzrə yarışan pəhləvanlarımızdan Məmməd Əliyev 85 kq çəki dərəcəsində A divizionunda mübarizə aparıb və dünya çempionatının bürünc medalını qazanıb. Həlledici görüşdə o, gürcü rəqibinə tam üstünlüklə qalib gəlib.