Qitələrarası Kubokun ilk günü 1 gümüş, 1 bürünc medal
18 oktyabr 2015 13:30
Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 7-ci “Qitələrarası Kubok” beynəlxalq turnirinə start verilib. Azerisport.az xəbər verir ki, turnirin ilk günündə 97 kiloqramdakı güləşçimiz Roman Bəkirov finala qədər inamla irəliləsə də, həlledici görüşdə məğlub olaraq gümüş medal qazanıb.
Eyni çəkidə mübarizə aparan Aslanbek Alborov isə bürünc medala sahib olub.