Yeniyetmələrimiz Kaspiyskdən 1 gümüş və 1 bürünc medalla qayıdır
21 dekabr 2015 14:00
Dağıstan Respublikasının Kaspiysk şəhərində yeniyetmə sərbəst güləşçilər arasında beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, məşqçi Namiq Quliyevin rəhbərliyi altında turnirdə iştirak edən yığmamızın üzvləri 1 gümüş və 1 bürünc medala sahib olub.
76 kq çəkidə mübarizə aparan İsmayıl Abdullayev yalnız finalda məğlub olaraq gümüş medalla kifayətlənib. Bürünc medalı isə yığmamıza 42 kq çəki dərəcəsində turnirdə iştirak edən Tural Əsgərov qazanıb.