Fotoreportaj|Video|На русском

Güləş

Güləşçilərimiz 2015-ci ildə 90 qızıl, 89 gümüş, 149 bürünc medal qazanıb

27 dekabr 2015 20:00

Yola salmağa hazırlaşdığımız 2015-ci il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub. Azerisport.az xəbər verir ki, yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər əldə ediblər.

İl ərzində pəhləvanlarımız bir sıra yerli və beynəlxalq səviyyəli turnirlərdə qüvvələrini sınayıblar. Bunların arasında 3 mötəbər yarış – Dünya kuboku, Bakı-2015 Avropa Oyunları, eləcə də ABŞ-ın Las-Veqas şəhərində keçirilən və Rio-2016 Olimpiadasında lisenziya verən dünya çempionatı yarışlarında  güləşçilərimiz ölkəmizin idman şərəfini ləyaqətlə qoruyublar və yığmanın aktivində olan medalların sayını daha da artırıblar. 

Ölkəmizin böyüklərdən ibarət yunan-Roma güləşi üzrə yığma komandası bu ilin fevralında İranın paytaxtı Tehran şəhərində keçirilən Dünya kuboku yarışlarının qalibi olub və Azərbaycanın idman tarixində yeni səhifə yazıb. Sərbəst güləş yığmamız isə analoji yarışı üçüncü sırada tamamlayıb.

Yığma komandalarımızın üzvləri 2015-ci ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda - Avropa və Dünya çempionatlarında 25 qızıl, 17 gümüş, 40 bürünc olmaqla toplam 82 medal qazanıb.

Tarixdə ilk dəfə keçirilən Bakı-2015 Avropa Oyunlarında 24 idmançı ilə təmsil olunan Azərbaycan güləş yığması 15 (6 qızıl, 2 gümüş və 7 bürünc) medal qazandı. Azərbaycan idmançılarının I Avropa Oyunlarının proqramına daxil edilən 20 idman növündən 12-də qazandığı 56 medaldan ən çoxu (15 medal) da məhz güləş yığmamızın payına düşdü.

ABŞ-ın Las-Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziya verən Dünya çempionatında güləş yığmamız ümumilikdə 2 qızıl, 3 gümüş və 3 bürünc olmaqla 8 medal və olimpiadaya 11 lisenziya qazandı. Dünya çempionatında yaddaqalan məqamlardan biri də Hacı Əliyevin ölkənin sərbəst güləş tarixində ilk dəfə olaraq ikiqat dünya çempionu adına layiq görülməsi idi.

2015-ci ildə həm də ilk dəfə olaraq 23 yaşa qədər güləşçilərin (U-23) Avropa çempionatı keçirilib. Azərbaycan yığması çempionatı 1 qızıl, 2 gümüş və 6 bürünc medalla tamamlayıb.

Bu il Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə gənclər arasında Avropa çempionatı ölkəmiz üçün uğurlu olub. Azərbaycan pəhləvanları çempionatda ümumilikdə  15 medala (5 qızıl, 4 gümüş, 6 bürünc) sahib olublar. Gənc qızlardan ibarət yığmamız komandalar arasında ən çox sayda (6 medal) qazanmaqla həm yeni tarix yazıb, həm də komanda hesabında Avropa çempionu tituluna layiq görülüb.

Braziliyanın Salvador da Bahiya şəhərində keçirilən gənclər arasında Dünya çempionatında Azərbaycan yığması  12 (7 qızıl, 2 gümüş və 3 bürünc) medal qazanıb. Sərbəst güləşçilərimiz qızıl medalların sayına görə bütün komandaları qabaqlayaraq dünya birincisi olub və güləş tariximizdə yeni bir səhifə yazıb. 

2015-ci il yeniyetmə güləşçilərimiz üçün də uğurlu olub. Belə ki, pəhləvanlarımız Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində təşkil edilən Dünya çempionatında 11 (1 qızıl, 1 gümüş və 9 bürünc), Serbiyanın Subotiça şəhərində keçirilən Avropa çempionatında isə 9 (3 qızıl, 1 gümüş və 5 bürünc) medal qazanıblar.

Bundan başqa, yığma komandalarımız bu il səkkizincisi keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsi (5 qızıl, 8 gümüş və 8 bürünc medal) də daxil olmaqla iştirak etdikləri digər beynəlxalq turnirlərdə 246 medal qazanıb. Bu medalların 65-nin əyarı qızıl, 72-si gümüş və 109-nun əyarı isə bürünc olub.

Bütövlükdə, 2015-ci il ərzində 328 (90 qızıl, 89 gümüş, 149 bürünc) medal qazanan güləşçilərimiz ötən ilki nəticəni (294 medal) yeniləyib. Bu medallardan 155-i yeniyetmə, 69-u gənc güləşçilərin payına düşür. U-23 Avropa çempionatında 9 medal qazanan güləşçilərimiz böyüklərin yarışında isə il ərzində 95 medala sahib olub. Onlardan 139-nu sərbəst, 131-ni yunan-Roma güləşçiləri qazanıb, 58 medal isə qadın güləşçilərin payına düşüb.

Qarşıdan gələn 2016-cı il idmançılarımız üçün böyük əhəmiyyət kəsb edən çox məsuliyyətli bir təqvim ilidir. Çünki növbəti ildə güləşçilərimizin qarşısında Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına tam heyətlə getmək, Oyunlarda uğurlu çıxış etmək və London Yay Olimpiya Oyunlarındakı nailiyyəti artırmaq məqsədi durur.

 Sərbəst
 
Yunan-Roma
 
Qadın
 
Ümumi
 
Qızıl
 
Gümüş
 
Bürünc
 
Q
 
G
 
B
 
Q
 
G
 
B
 
Yeniyetmələr
 
17
 
15
 
36
 
15
 
21
 
36
 
4
 
4
 
7
 
155
 
Gənclər
 
11
 
2
 
8
 
10
 
9
 
8
 
6
 
7
 
8
 
69
 
U-23
 
0
 
2
 
2
 
0
 
0
 
2
 
1
 
0
 
2
 
9
 
Böyüklər
 
11
 
14
 
21
 
10
 
8
 
12
 
5
 
7
 
7
 
95
 
 39
 
33
 
67
 
35
 
38
 
58
 
16
 
18
 
24
 
328
 
 139
 
131
 
58
 

 

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah