Güləşçilərimiz Təxti Kuboku turnirində 2 bürünc medal qazanıb
16 yanvar 2016 11:00
İran İslam Respublikasının paytaxtı Tehranda sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri mübarizə aparıb. Güləşçilərimiz turniri 2 bürünc medalla başa vurub.
İlk yarış günündə mübarizə aparan yunan-Roma güləşçilərimizdən Sakit Quliyev 59 kq çəki dərəcəsində fəxri kürsüdə yer alıb və turnirin bürünc medalına yiyələnib.
İkinci yarış günündə mübarizəyə qoşulan sərbəst güləşçilərimizdən isə Mircəlal Həsənzadə (57 kq) bürünc medal qazanıb.
Turnirin görüşlərini idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edib.