Güləşçilərimiz İstanbulda ilk gün bir bürünc medalla kifayətləndilər
31 yanvar 2016 00:15
İstanbulda keçirilən Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunmuş beynəlxalq turnirin ilk günündə 59, 71, 80 və 98 kq çəkidə güləşçilər yarışıb. Azerisport.az xəbər verir ki, turnirdə 13 ölkədən 300-ə yaxın pəhləvan mübarizə aparır.
İlk yarış günündə 59 kq-da mübarizə aparan yunan-Roma güləşçimiz Kərim Cəfərov Qırğızıstan təmsilçisi Arsen Yeraliyevi məğlub edərək bürünc medal qazanıb.
80 kq çəkidə güləşçimiz Emin Əhmədov da bürünc medal uğrunda görüşə çıxıb. Qazaxstandan Doszhan Kartikova uduzan güləşçimiz turniri 5-ci sırada tamamlayıb.
98 kq çəki dərəcəsində təmsilçimiz Orxan Nuriyev bürünc medal uğrunda gərgin keçən görüşdə Qazaxstan idmançısı Alimxan Sizdikova 5:3 hesabı ilə uduzub və turniri 5-ci sırada tamamlayıb.