Güləşçilərimiz Vehbi Emrenin xatirə turnirində 2 bürünc medal qazanıb
1 fevral 2016 11:30
İstanbulda Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunmuş 34-cü beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, Ahmet Cömert Spor Salonunda keçirilən turnirdə 13 ölkədən 300-ə yaxın pəhləvan mübarizə aparıb.
Güləşçilərimiz turniri 2 bürünc medalla tamamlayıb. 59 kq-da mübarizə aparan Kərim Cəfərov və 66 kq-da təmsilçimiz İslambek Dadov bürünc medal qazanıb.
80 kq çəkidə güləşçimiz Emin Əhmədov və 98 kq çəki dərəcəsində Orxan Nuriyev bürünc medal uğrunda görüşdə uduzub və turniri 5-ci sırada tamamlayıb.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.