AGF-nin yeni baş katibi təyin olundu
3 fevral 2016 18:20

Azərbaycan Güləş Federasiyasının Prezidenti cənab Fazil Məmmədovun əmri ilə Federasiyanın baş katibi Əjdər Cəfərov vəzifəsindən azad edilib. Azerisport.az xəbər verir ki, federasiya prezidentinin əmrinə əsasən, Rəşad Allahverdi oğlu Əli-Zadə Azərbaycan Güləş Federasiyasının baş katibi təyin olunub.
Məlumat üçün bildirək ki, Rəşad Əli-Zadə bundan əvvəl Azərbaycan Otüstü Xokkey Federasiyasında çalışıb. (AGF)