AÇ-də iştirak edəcək güləş yığmamızın Riqadakı məşqi
7 mart 2016 12:40

8-13 mart 2016-cı il tarixdə Latviyanın paytaxtı Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, ilk yarış günlərində sərbəst və qadın güləşçilər mübarizə aparacaq.
Yığma komandamızın üzvləri yarışın keçiriləcəyi "Arena Riqa" kompleksində məşq edir, çempionata hazırlığı davam etdirir.
Martın 8-də başlayacaq çempionatda ilk olaraq 57 və 86 kq sərbəst, 48 və 63 kq qadın güləşçilər yarışacaq.
Məşqdən hazırlanmış foto və video reportajı təqdim edirik.