U-23 AÇ-2016: ikinci gün daha 4 yunan-Roma güləşçimiz yarışır
30 mart 2016 11:00
Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, güləşçilərimiz ilk yarış gününü 1 gümüş və 2 bürünc medalla başa vurub.
Murad Məmmədov (59 kq) gümüş, Ruhin Mikayılov (71 kq) və Elton Vəzirzadə (80 kq) bürünc medala sahib olub.
İkinci yarış günündə 66, 75, 85 və 130 kq çəkidə yunan-Roma güləşçiləri yarışacaq.
66 kq
1/8 final - Elman Muxtarov - Pal Eirik Gundersen (NOR)
75 kq
1/16 final - David Piotr Klimek (POL) - Şəmistan Quluzadə
85 kq
1/8 final - İslam Abbasov - Şalva Kaçidze (GEO)
130 kq
1/8 final - Mantas Knystautas (LTU) - Oyan Nəzəriani
Proqrama əsasən, final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.