Qadın güləşçilərimiz komanda hesabında 4-cü oldu
2 aprel 2016 00:05
U-23 Avropa çempionatında qadın güləşçilərin mübarizəsi yekunlaşıb. Azerisport.az xəbər verir ki, ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medalla yarışı tamamlayan qadın güləşçilərimiz komanda hesabında 49 xal toplayaraq Ukrayna (60), Rusiya (60) və Türkiyədən (51) sonra 4-cü yerdə qərarlaşıb.
Tatyana Omelçenko (60 kq) qızıl, Alyona Kolesnik (58 kq) gümüş, Leyla Qurbanova (53 kq), Almaz İsmayılova (55 kq) və Elis Manolova (69 kq) bürünc medala sahib olub.