Son gündə daha 4 sərbəst güləşçimiz yarışır
3 aprel 2016 11:00
Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın beşinci günündə mübarizəyə qoşulan sərbəst güləşçilərimiz günü 2 qızıl və 1 gümüş medalla başa vurub.
Mircəlal Həsənzadə (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) qızıl, Murad Süleymanov (74 kq) gümüş medala sahib olub.
Yarışların son günündə 61, 70, 86 və 125 kq çəkidə sərbəst güləşçiləri yarışır.
61 kq
1/8 final - Selim Kozan (TUR) - Zəlimxan Vəliyev
70 kq
1/8 final - Hacımurad Ömərov - Davit Buziaşvili (GEO)
86 kq
1/8 final - Aliaksandr Huştin (BLR) - Hacımurad Məhəmmədsəidov
125 kq
1/8 final - Andrei Nikolaev (MDA) - Səid Həmidov