Məhəmmədovla Məmmədov Olimpiadaya vəsiqə qazana bilmədi
15 aprel 2016 15:30
Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri start götürüb. Azerisport.az xəbər verir ki, ilk yarış günündə 48, 53 kq qadın, 57, 65 kq sərbəst, 59, 66 kq yunan-Roma güləşçiləri mübarizə aparıb.
Turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edir. İlk gündə yığmamızın 2 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışıb. Lakin onların hər ikisi yarışla erkən vidalaşmalı olub.
57 kq (sərbəst güləş)
1/8 final - Asadulla Laçinau (BLR) - Mahmud Məhəmmədov 6:8
1/4 final - Mahmud Məhəmmədov - Anatoli Buruian (MDA) 7:8
66 kq (yunan-Roma)
1/16 final - Kamran Məmmədov - Dominik Etlinger (CRO) 0:6