Olimpiadaya vəsiqə verən Avropa təsnifat turnirində ikinci gün
16 aprel 2016 11:30

Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri davam edir. Azerisport.az xəbər verir ki, turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqə qazanır.
İkinci yarış günündə yığmamızın daha 2 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışır.
63 kq (qadın)
1/4 final - Adela Hanzlickova (CZE) - İrina Netreba
74 kq (sərbəst)
1/8 final - Cəbrayıl Həsənov - Aleksandru Burca (MDA)
İlk görüşlər Bakı vaxtı ilə saat 11:30-da, final görüşləri saat 21:00-da başlayacaq.