Olimpiadaya vəsiqə verən Avropa təsnifat turnirində son gün
17 aprel 2016 11:00

Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri davam edir. Azerisport.az xəbər verir ki, turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edir.
Son yarış günündə daha iki güləşçimiz Olimpiya vəsiqəsi uğrunda yarışır.
69 kq (qadın)
1/8 final - Elis Manolova - Aqnieszka Jadviqa Vieszczek-Kordus (POL)
98 kq (yunan-Roma)
1/8 final - Şalva Qadabadze - Ardo Arusaar (EST)
İlk görüşlər Bakı vaxtı ilə saat 11:30, final görüşləri saat 21:00-da başlayacaq.