Orxan Nuriyev lisenziya xarakterli turnirdəki ikinci görüşündə uduzdu

Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I dünya təsnifat turniri start götürüb. Azerisport.az xəbər verir ki, qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edir.
Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanır.
Turnirin ilk günündə yunan-Roma güləşçiləri mübarizə aparıb. Təmsilçilərimizdən Orxan Nuriyevin çıxışını uğursuz alınıb. Halbuki, lisenziya qazanmaq üçün ona ilk üçlüyə düşmək lazım idi.
98 kq
1/16 final - Yerulan İskakov (KAZ) - Orxan Nuriyev 2:4
1/8 final - Orxan Nuriyev - Radoslav Pavel Qrzibiçki (POL) 1:3
Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 12 vəsiqə qazanıb. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.