Gözəl Zutova üçün rumıniyalı rəqib
Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I Dünya təsnifat turniri davam edir. Azerisport.az xəbər verir ki, qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edir.
Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanır.
Turnirin ikinci günündə qadın güləşçilər mübarizə aparacaq.
69 kq
1/8 final - Gözəl Zutova - Adina Elena Popescu (ROU)
Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 12 vəsiqə qazanıb. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.
İlk görüşlər 23 apreldə, Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.