Gözəl Zutovanın da çıxışı uğursuz alındı
Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I dünya təsnifat turniri davam edir. Azerisport.az xəbər verir ki, qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edir.
Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanır.
Turnirin ikinci günündə qadın güləşçilər mübarizə aparıb. Təəssüf ki, bu gün mübarizəyə qoşulan Gözəl Zutovanın da çıxışı uğursuz alınıb.
69 kq
1/8 final - Gözəl Zutova - Adina Elena Popescu (ROU) 6:0
1/4 final - Gözəl Zutova - Tamira Mariama Mensh (USA) 7:10
Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 12 vəsiqə qazanıb. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.