Həsənzadə Olimpiadaya vəsiqə qazandı

Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I Dünya təsnifat turniri davam edir. Azerisport.az xəbər verir ki, bu turnirdə qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edir. Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanır.
Turnirin son günündə sərbəst güləşçilər mübarizə aparıb. Ölkəmizi Mircəlal Həsənzadə təmsil edib. O, finala qədər irəliləməklə Olimpiadaya vəsiqə qazanıb.
57 kq
1/8 final - Mircəlal Həsənzadə - Ethan Tomapa (Guam) 10:0 (55 san.)
1/4 final - Mircəlal Həsənzadə - Aleksandru Chirtoaca (MDA) 10:0
1/2 final - Mircəlal Həsənzadə - Sandip Tomar (IND) 8*:8
Məlumat üçün bildirək ki, güləş yığmalarımız bunadək Rio-de Janeyro Olimpiya Oyunlarına 12 vəsiqə qazanmışdı. Onlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşürdü.