AGF Kuboku turnirində ilk gün yeniyetmə yunan-Romaçılar yarışır
26 aprel 2016 13:00
"Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürüb. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, İraq, Türkiyə və Qazaxstan pəhləvanları mübarizə aparır.
İlk yarış günündə yunan-Roma güləşi üzrə 90 yeniyetmə pəhləvan yarışır.
Turnirin rəsmi açılış mərasimi bu gün saat 17:00-da baş tutacaq. Final görüşləri İdman Azərbaycan kanalından canlı yayımlanacaq.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.