AGF Kuboku turnirində ikinci gün gənc yunan-Romaçılar yarışır
27 aprel 2016 11:00
"Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, İraq, Türkiyə və Qazaxstan pəhləvanları mübarizə aparır.
İkinci yarış günündə yunan-Roma güləşi üzrə 100 gənc pəhləvan yarışır.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunur.