Olimpiadaya vəsiqə verən son Dünya təsnifat turnirində ikinci gün
Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçirilir. Azerisport.az xəbər verir ki, yarışlarda finala yüksələn hər bir güləşçi həm də Olimpiadaya vəsiqəni təmin edir. İlk yarış günündə 66 kq çəkidə yunan-Roma güləşçimiz Rəsul Çunayev Rio Olimpiadasına vəsiqə qazanıb.
İkinci yarış günündə qadın güləşçilər mübarizə aparacaq.
63 kq
1/8 final - Elis Manolova - Monika Eva Mixalik (POL)
75 kq
1/8 final - Kiran Kiran (İND) - Gözəl Zutova
İlk görüşlər Bakı vaxtı ilə saat 11:00-da, final görüşləri 19:00-da başlayacaq.
Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaq, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz 5, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdir.