Sərbəst və yunan-Roma güləşi üzrə Dünya Kubokunda rəqiblərimiz bilindi

Sərbəst və yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarının püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, püşkatma mərasimi ötən həftə Türkiyənin İstanbul şəhərində Rio Olimpiadasına II Dünya təsnifat turniri zamanı keçirilən Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclasında baş tutub.
Yunan-Roma güləşi
A qrupu
Rusiya
Belarus
Almaniya
Qazaxstan
B qrupu
İran
AZƏRBAYCAN
Türkiyə
Ukrayna
Sərbəst güləş
A qrupu
Rusiya
Gürcüstan
Türkiyə
Monqolustan
B qrupu
İran
AZƏRBAYCAN
Hindistan
ABŞ
Xatırladaq ki, yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışları mayın 19-20-də İran İslam Respublikasının Şiraz şəhərində, sərbəst güləş üzrə Dünya Kuboku yarışları isə, iyunun 11-12-də ABŞ-ın Los Anceles şəhərində baş tutacaq.
Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji yarışda yunan-Roma güləşi üzrə yığma komandamız tarixində ilk dəfə Dünya Kubokunun sahibi olub, sərbəst güləşçilərimiz isə yarışları 3-cü yerdə başa vurub.