Yığmamız Ukraynaya qalib gəlib, İranla Türkiyəyə uduzdu

İran İslam Respublikasının Şiraz şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Rusiya, İran, Türkiyə, Qazaxstan, Belarus, Almaniya və Ukrayna güləşçiləri iştirak edir.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, Türkiyə və Ukrayna komandaları ilə B qrupunda mübarizə aparıb. A qrupunda isə, Rusiya, Belarus, Almaniya və Qazaxstan komandaları qüvvələrini sınayıb.
İlk görüşlərdən sonra qrup üçüncüsü olan yığmamız digər qrupun üçüncüsü ilə 5-ci yer uğrunda görüşə çıxacaq.
Xatırladaq ki, ötən il keçirilən analoji yarışda yunan-Roma güləşçilərimiz Dünya Kubokunu qazanaraq yeni tarix yazmışdılar.
B qrupu
AZƏRBAYCAN - Türkiyə 3:5
59 kq - Taleh Məmmədov - Fatih Üçüncü 2:1
66 kq - Elman Muxtarov - Abdulsamet Günal 3:5
71 kq - Rüstəm Əliyev - Selçuk Can 9:0
75 kq - Şəmistan Quluzadə - Furkan Bayrak 0:9
80 kq - Emin Əhmədov - Burhan Akbudak 7:9
85 kq - İslam Abbasov - Kansu İldem 5:0
98 kq - Orxan Nuriyev - Fatih Başköy 0:2
130 kq - Oyan Nəzəriani - Atilla Güzel 0:2
AZƏRBAYCAN - İran 1:7
59 kq - Sakit Quliyev - Saman Murad Abduli 1:3
66 kq - Azad Əliyev - Omid Hacı Nooruzi 0:8
71 kq - Ruhin Mikayılov - Afşin Byabanqard 0:4
75 kq - Şəmistan Quluzadə - Saleh Boveyripayani 0:8
80 kq - Emin Əhmədov - Yusif Əhməd Gaderian 0:5
85 kq - İslam Abbasov - Hossein Ahmad Nuri 6:4
98 kq - Türmən Eyyubov - Mahdi Abbas Aliyarifeyzabadi 0:8
130 kq - Oyan Nəzəriani - Behnam Aliakbar Mehdizade 2:3
AZƏRBAYCAN - Ukrayna 5:3
59 kq - Taleh Məmmədov - Yevgeni Miaqxi 4:2
66 kq - Azad Əliyev - Artur Politaev 8:6
71 kq - Ruhin Mikayılov - Oleksandr Litvinov 2:0
75 kq - Rüstəm Əliyev - Yevgeni Pişkov 3:0
80 kq - Emin Əhmədov - Yaroslav Filçakov 2:4
85 kq - İslam Abbasov - Oleksandr Şişman 1:3
98 kq - Orxan Nuriyev - Zelimxan Cihasov 2:0
130 kq - Oyan Nəzəriani - İqor Didik 2:4