Millimiz dünya kubokunu altıncı sırada tamamladı
İran İslam Respublikasının Şiraz şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçirilir. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Rusiya, İran, Türkiyə, Qazaxstan, Belarus, Almaniya və Ukrayna güləşçiləri iştirak edir.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, Türkiyə və Ukrayna komandaları ilə B qrupunda mübarizə aparıb. A qrupunda isə, Rusiya, Belarus, Almaniya və Qazaxstan komandaları qüvvələrini sınayıb.
İlk görüşlərdən sonra qrup üçüncüsü olan yığmamız digər qrupun üçüncüsü ilə 5-ci yer uğrunda görüşə çıxıb. Təəssüf ki, millimiz bu görüşdə də istəyinə çata bilməyib və yarışı 6-cı yerdə başa vurub.
Xatırladaq ki, ötən il keçirilən analoji yarışda yunan-Roma güləşçilərimiz Dünya Kubokunu qazanaraq yeni tarix yazmışdılar.
Belarus - AZƏRBAYCAN 4*:4 (16:16) (5-ci yer uğrunda)
59 kq - Elbek Tajyieu - Sakit Quliyev 0:8
66 kq - Mikita Zineviç - Elman Muxtarov 0:9
71 kq - Pavel Liax - Ruhin Mikayılov 4:1
75 kq - Tsimur Berdyieu - Şəmistan Quluzadə 4:0 (tuşe)
80 kq - Pavel Pavinçuk - Emin Əhmədov 1:0
85 kq - Hoha Hahnidze - İslam Abbasov 2:3
98 kq - Siarhei Staradub - Orxan Nuriyev 5:2
130 kq - Heorhi Çunaşvili - Oyan Nəzəriani 7:8