Elis Manolova finalda
Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, çempionatın üçüncü günündə 44, 51, 59 və 67 kq çəki dərəcəsində gənc qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz 3 çəki dərəcəsində təmsil olunub.
67 kq çəkidə təmsilçimiz Elis Manolova mübarizəyə 1/4 finaldan başlayıb. Ardıcıl olaraq Rusiya və İtaliyadan olan rəqiblərini vaxtından əvvəl tam üstünlüklə məğlub edib və finala yüksəlib. Finalda güləşçimizin rəqibi Fransa təmsilçisi olacaq.
Final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
44 kq
1/8 final - Zelfira Ələkbərli - Fatme İbraimova Mandeva (BUL) 0:8
51 kq
1/8 final - Cornelia Felicia Kronvall (SWE) - Səbinə Həmzəlzadə 12:10
67 kq
1/4 final - Elis Manolova - Xanum Velieva (RUS) 5:0 (tuşe, 56 san.)
1/2 final - Elis Manolova - Enrica Rinaldi (İTA) 8:0 (tuşe, 91 san.)
FİNAL - Elis Manolova - Koumba Selene Fanta Larroque (FRA)