Proqnozsevərlərə müjdə: rəsmi bukmekerlər fəaliyyətə başlayır
12 aprel 2010 16:02
May ayında Bakının müxtəlif kafe, çayxana və digər ictimai yerlərində 50-yə yaxın rəsmi bukmeker kontorları açılacaq. Azerisport.az 1news.az-a istinadla xəbər verir bu barədə Gənclər və İdman Naziri Azad Rəhimov məlumat verib.
Qarşıdakı vaxtlarda bu cür kontorların bölgələrdə də açılması gözlənilir. Ümumiyyətlə, Azərbaycanda onların sayı 300-ə yaxın olacaq.