37 yaşlı tanınmış futbolçu qəflətən dünyasını dəyişib
5 iyun 2010 12:56

Rusiyanın Sankt-Peterburq şəhərində «Zenit» futbol klubunun məşhur hücumçusu Gennadi Popoviç ürək fəaliyyətinin qəflətən dayanması üzündən vəfat edib
azerisport.az xəbər verir ki, Popoviç 1972-ci ildə Ukraynanın Dneprodzerjinsk şəhərində anadan olub. «Prometey» (Dneprodzerjinsk), «Dnepr» (Dnepropetrovsk), «Krivbass» (Krivoy Roq), «Zvezda» (Kirovoqrad) və «Şaxtyor» (Donetsk) klublarında çıxış edib. 1997-ci ildə istedadının daha qabarıq üzə çıxdığı «Zenit» klubuna transfer edilmişdi.
«Zenit»lə birlikdə Popoviç 1999-cu ildə Rusiya Kubokunu, 2001-ci ildə isə ölkə çempionatının bürünc medallarını qazanıb. Dalbadal iki mövsüm klubunun qol kralı olub – 2000-ci ildə 10, 2001-ci ildə isə 7 top vurub. Elə həmin 2001-ci ildən ürəklə bağlı problemləri başlayıb. Uzun müddət stadionları xəstəxana çarpayıları ilə əvəz etməli olub. Hamı onun futbola qayıdacağını gözləyirdi və həkimlər də belə düşünürdülər. Lakin belə olmadı. 2005-ci ildə Popoviç «Zenit»in inzibati direktoru təyin olunmuşdu. Həmin vaxtdan 2009-cu ilədək klubun əvəzedici heyətinə rəhbərlik edirdi. Və futbol oynayırdı. Çünki futbolsuz yaşaya bilmirdi…