Alina Kabayeva nə qədər qazanır? (FOTO)
8 iyun 2010 17:09

Bədii gimnastika üzrə Rusiya yığma komandasının keçmiş ulduzu, hazırda Rusiya Dövlət Dumasının deputatı olan Alina Kabayeva 2009-cü ildəki gəlirləri ilə bağlı məlumatı açıqlayıb.
azerisport.az xəbər verir ki, Dumanın komitə sədrinin müavini olan Kabayeva 2009-cu il ərzində 12,9 milyon rubl (təxminən 430 min manat) qazanıb. Onun adına bir torpaq sahəsi, üç mənzil və 2 avtomobil («Mersedes-Bens» və «Porş-Kayen») var.