Basketbolçu Toni Parkerin özündən də məşhur həyat yoldaşının işi məhkəməyə düşüb (FOTO)
9 iyun 2010 09:12

Basketbolçu Toni Parkerin həyat yoldaşı, populyar aktrisa Yeva Lonqoriyaya qarşı məhkəmə işi qaldırılıb. Lonqoriyaya məxsus restoranın keçmiş menecerləri - Ronan və Mali Naçuma ailə cütlüyü Yevanı qorxu yolu ilə idarəetmədə günahlandırırlar.
azerisport.az xəbər verir ki, guya Lonqoriya bu cütlüyü məhkəmə ilə qorxudub və onların oğurladıqları pulu geri istəyib. Sonradan isə altı qoluzorlunu Naçumaların üstünə göndərib ki, bir də restorana ayaq basmağa cürət etməsinlər.
Ronan və Mali bu qanun pozuntularını əsas gətirərək məhkəmədən tələb edirlər ki, Lonqooriya onlara dəymiş mənəvi zərərə görə 10 min dollar ödəsin.