Iki dünya çempionu qətlə yetirilib
14 iyun 2010 16:45
Bu gün səhər Qazaxıstanın Karaqanda vilayətinin Temirtau şəhərində gənclər arasında sambo üzrə dünya çempionu, 20 yaşlı Kızmet Baltabek qətlə yetirilib.
azerisport.az xəbər verir ki, Karaqanda Dövlət Sənaye Universitetinin filialının yaxınlığında avtomobildən enərkən çempiona naməlum bir şəxs yaxınlaşıb və onun ürəyinə bıçaqla ölümcül zərbə yetirib.
Hadisə ilə bağlı cinayət işi qaldırılıb, cinayətkarın axtarışları davam edir.
Elə bu günlərdə Vladiqafqazda boks (WBC versiyası) üzrə gənclər arasında dünya çempionu Xetaq Kozayev də qətlə yetirilib. Şimali Osetiya daxili işlər orqanlarının məlumatlarına görə, hadisə gecə klublarının birinin yaxınlığında baş verib. Çempiona odlu silahdan atəş açılıb və o, aparıldığı xəstəxananın qəbul şöbəsində keçinib.