Azad Rəhimov Strasburqa gedib
8 dekabr 2010 16:47
Dekabrın 8-i Fransanın Strasburq şəhərində Avropa Birliyi nazirlərinin iclası keçiriləcək. Azerisport.com Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimov iştirak edəcək. Nazir iclasda Avropa nazirlərinin Bakıda keçirilmiş qeyri-rəsmi konfransına dair məruzə edəcək.