Gürcüstanda azərbaycanlılar üçün idman mərkəzi açıldı
18 mart 2011 14:33
Azərbaycan tərəfindən Gürcüstan Respublikasında Azərbaycanlıların yaşadıqları Marneuli rayonunda idman mərkəzi inşa edilmişdir. Azerisport.az xəbər verir ki, bu mərkəzin açılışı münasibəti ilə Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov 21 mart 2011-ci il tarixində oraya yollanacaq.
Böyük sevinc hissi ilə qeyd olunan “Novruz” bayramında mərkəzin açılışına və eyni zamanda Azərbaycan xalqını təbrikə Gürcüstan Respublikasının prezidenti Mixayıl Saakaşvilinin də gəlişi gözlənilir.