Azərbaycan yalnız Türkiyədən geri qaldı
28 aprel 2011 14:41
Ankaranın ev sahibliyi etdiyi və aprelin 24-də startı verilən 1-ci Dünya Uşaq Oyunlarında 5 idman növü üzrə qaliblər müəyyənləşib. Azerisport.az xəbər verir ki, birincilik elə meydan sahiblərinə qismət olub.
Türk idmançılar qolbol və güləşdə komanda çempionluğunu bayram edərkən, badmintonda 3, atletizmdə isə 6 qızıl medal qazanıblar.
Oyunlar çərçivəsində “Yaşar Doğu Güləş Salonu”nda baş tutan yarışların sonunda ev sahibi Türkiye 2 qızıl, 2 gümüş və 5 bürünc medal sayəsində 52 xal toplayaraq birinci olub. Azərbaycan idmançıları isə 2 qızıl, 2 gümüş ve 1 bürünc medal sayəsində 50 xalla ikinci pilləni tutub. Üçüncülük isə Monqolustana qismət olub: 1 qızıl, 1 gümüş və 1 bürünc medal, 38 xal.