Ukraynalılardan Azərbaycanda təlim kursları
2 may 2011 17:01

Mayın 3-də, saat 10.00-da “Çıraq Plaza” bizness mərkəzində Ukraynanın aparıcı mütəxəssisləri sayılan Ukrayna Dövlət Tibb Universitetinin kafedra müdiri, professor, tibb elmləri doktoru Beryanov Aleksandr Anatolyeviç və tibb elmləri doktoru, travmatoloq Yevseyenkoy Vyaçeslav Qriqoryeviçin iştirakı ilə milli yığma komandaların həkimləri üçün idman tibb aləmində ən çətin prosedurlardan biri sayılan oynaqdaxili inyeksiya metodikası üzrə təlim-tədris məşğələləri keçiriləcək. Azerisport.az xəbər verir ki, məşğələ prossesində Azərbaycanın aparıcı idmançılarının oynaqlarının müayinəsi və ilkin müalicəsi nəzərdə tutulub.
Məşğələlərin nəticəsi olaraq idman həkimlərinə xüsusi sertifikatlar veriləcək.