Evrovision-2012: Ya İKK, ya Tofiq Bəhramov, ya da...
19 may 2011 14:27

“Eurovision-2012” mahnı müsabiqəsinin harda keçirilməsi üçün hazırda 3 variant gözdən keçirilir. Azerisport.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bunlardan biri Heydər Əliyev adına İdman Konsert Kompleksidi: “Bu kompleksdə təmir işlər aparılıb. Orada 7800 oturacaq var, 1000-ə yaxın da artırmaq olar”.
Nazirin sözlərinə görə, ikinci variant Tofiq Bəhramov adına Respublika Stadionudu: “Mahnı müsabiqəsi burada da keçirilə bilər. Amma ən əsas və maraqlısı yeni layihədi. Bakının ən gözəl, mənzərələri yerlərindən birində, məsələn, Dənizkənarı Parkda və ya Bayraq Meydanında yeni, böyük konsert kompleksi tikmək olar”.