Bakı 2020-ci ilin Yay Olimpiadasının ev sahibi olmağa namizəd oldu
1 sentyabr 2011 18:38

2020-ci ilin Yay Olimpiadasının keçirilməsinə namizəd olan şəhərlərin adları açıqlanıb. Azerisport.az xəbər verir ki, bu möhtəşəm turnirin keçirilməsi uğrunda mübarizəyə 6 ölkə qoşulub.
Azərbaycan Milli Olimpiya Komitəsindən bildirilir ki, iddiaçı şəhərlər arasında Azərbaycanın paytaxtı Bakının da adı var. Ölkəmizin paytaxtının rəqibləri Doha, İstanbul, Madrid, Roma və Tokio şəhərləridi.
2020-ci il Olimpiadasının keçirilməsinə iddiaçı şəhərlərin seçim mərhələsi Beynəlxalq Olimpiya Komitəsinin 2013-cü ildə Buenos-Ayresdə keçiriləcək Konqresində təşkil olunacaq.
Xatırladaq ki, Bakı 2016-cı il Yay Olimpiadasının keçirilməsinə də öz namizədliyini irəli sürmüşdü.