Bakının namizədliyi rəsmən qəbul olundu
2 sentyabr 2011 16:12

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyən şəhərlərin adını rəsmən açıqlayıb. Azerisport.az xəbər verir ki, BOK-un açıqlamasında 9 il sonrakı olimpiadanının ev sahibliyi etmək istəyən şəhərlərin sayının 6 olduğu bildirilib.
İddiaçılar arasında ölkəmizin paytaxtı Bakı ilə yanaşı, Türkiyənin İstanbul, İspaniyanın Madrid, Yaponiyanın Tokio, Qətərin Doha və İtaliyanın Roma şəhərləri var.
ABŞ-ın Las-Veqas şəhəri də olimpiadaya ev sahibliyi etmək isitəyib. Lakin ABŞ-ın Olimpiya Komitəsi bu istəyə lazımı dəstək verməyib.
BOK 2020-ci Yay Olimpiya Oyunlarına ev sahibliyi eədəcək şəhərin adını 2 il sonra açqlayacaq. Belə ki, qurumun 2013-cü ildə Buenos-Ayresdə baş tutacaq Konqresində bununla bağlı açıqlama verəcək.
Qeyd edək ki, Bakı bundan əvvəl Olimpiada-2016-ya namizəd olsa da, məğlubiyyətə uğramışdı.