Dünya çempionunu Bakıda qanına qəltan etdilər
4 oktyabr 2011 12:24

Oktyabrın 3-də Bakıda qəsdən adam öldürməyə cəhd hadisəsi baş verib. Azerisport.az xəbər verir ki, Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, rayon ərazisində Mehdiyev Elnur adlı şəxs 1980-ci il təvəllüdlü Çıraqov Bəhruz Həsən oğlunu bıçaqlayıb.
O, 31 yaşlı B.Çıraqova öldürmək məqsədi ilə bir neçə zərbə endirib. İkinci ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, vəziyyəti kritikdi.
Məlumatda o da bildirilir ki, bıçaqlanan şəxs B.Çıraqov əlbəyaxa döyüş idman növü üzrə dünya çempionudu. O həmçinin Bakıda fəaliyyət göstərən “Məhəmməd Əli” idman klubunun baş məşqçisidi. Bəzi məlumatlara görə, onu vuran Elnur Mehdiyev də dünya çempionudu.
Faktla əlaqədar Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb. (Lent.az)