Mehriban Əliyeva DÇ-nin start sayğacını işə saldı
24 noyabr 2011 01:42

Noyabrın 23-də Bakı Sərgi Mərkəzində “BakuTel-2011” XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransı açılıb. Azerisport.az xəbər verir ki, sərgi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da tanış olmuşlar.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya 2012-ci ildə respublikamızda keçiriləcək 17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatına hazırlıq işlərinin gedişi barədə də geniş məlumat verilib. Dövlətimizin başçısına dünya çempionatına biletlərin onlayn qaydada satışı sistemi nümayiş etdirilib. Qeyd olunub ki, istənilən xarici vətəndaş bu sistem vasitəsilə ölkəmizdə keçiriləcək futbol üzrə dünya çempionatına bilet əldə edə bilər.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatının start sayğacını işə salıb.