“Olimpiada 2020-nin Bakıda keçirilməsi milyonların ürəyinə yol tapmağın ən gözəl yoludu”
30 noyabr 2011 15:32

Bu həftə Bakı 2020 layihəsi ilə bağlı dünya şöhrətli ekspert qrupu Bakının öyrənilməsi, 2020-ci il mərkəz şəhər üçün ən mükəmməl planının hazırlanması məqsədi ilə şəhərimizə təşrif buyurub, Bakı 2020 təşkilat qrupu ilə görüş keçiriblər. Azerisport.az xəbər verir ki, dünyanın 4 ölkəsindən təşrif buyurmuş mütəxəssisləri Bakı 2020-nin icraçı direktoru Könül Nurullayeva salamlayıb.
Müxtəlif ölkələrdən olan mütəxəssislərdən ibarət qrup Olimpiya hərəkatı üzrə Böyük Britaniya, İtaliya, İspaniya, Yunanıstan, Cənubi Afrika, Hollandiya, Avstraliya, ABŞ və Kanadada , eyni zamanda Olimpiya inşaatı, idman və məkan, təhlükəsizlik, nəqliyyat, ətraf mühit və digər sahələrdə ən öndə gedən professionaldan ibarətdi. Mütəxəssislərdən biri uzun illər beynəlxalq idman aləmində, xüsusi ilə 1961-ci ildən basketbol növündə dünyanın ən yaxşı idman icraçılarından biri olan Avstraliyalı Bob Elfinstondu. Bob Elfinston 2000-ci il Sidney Olimpiya oyunlarının təbliğatı zamanı baş menecer vəzifəsində çalışıb. O eyni zamanda Olimpiya oyunlarında 28 idman növünün yüksək səviyyədə həyata keçirilməsində birbaşa məsul şəxs olub. “Bu zamana qədər olan ən yaxşı oyunlar”ın təbliğatı və gerçəkləşdirilməsi istiqamətində gördüyü mühüm işlər üçün Beynəlxalq Olimpiya Komitəsi (BOK) Bob Elfinstonu Olimpiya Proqramı Komissiyasına və BOK Qiymətləndirmə Komissiyasına 2008 və 2012-ci illər üçün ev sahibliyi olan ölkələrin seçimini buraxıb.
Könül Nurullayeva: “Bu cür yüksək səviyyəli işçi qrupunu Bakıda salamlamaqdan məmnunluq duyuruq. Tam əminliklə deyə bilərəm ki, bu cür nüfuzlu və böyük təcrübəyə malik şirkətlə yüksək təbliğat aparıb, böyük uğurlar əldə edə biləcəyik. Bakıda idman infrastrukturunun inkişafı üçün dövlət tərəfindən milyonlarla dollar sərf edilir. Bunun əsas səbəbi ölkənin iqtisadiyyatının sürətli inkişafıdır. Məhz buna misal olaraq son üç ildə biz yeni Olimpiya stadionunun, eyni zamanda Olimpiya Komplekslərinin, yeni idman meydançalarının tikintisinə başlamışıq. Baki Olimpiya ailəsinə vəd etdiklərinin hər birini nümayiş etdirəcək”.
Bob Elfinston isə bunları deyib: “Mən Bakının gözəlliyi və cəlbediciliyinə heyran oldum. Bakı: dünyanın ən böyük sirrlərini özündə gizlədən və kəşflər üçün ən real məkan olan şəhər. Əminəm ki, birgə olaraq Bakının ən yüksək səviyyəli təbliğatı üçün işlər görə bilərik. Azərbaycan gənc bir ölkədir. Onun əhalisinin 50%-dən çoxu 30 yaşından aşağı olan insanlardır. 2020-ci il Olimpiya və Paralimpiya oyunlarının Bakıda keçirilməsi milyonlarala insanların ürəyi və beyninə yol tapmağın ən gözəl yoludu”.