Milli Məclis Beynəlxalq Olimpiya Komitəsinə müraciət qəbul etdi
1 fevral 2012 16:58

Milli Məclis 2020-ci il Olimpiya və Paralimpiya Oyunlarının Azərbaycanda keçirilməsi üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət qəbul edib. Azerisport.az xəbər verir ki, müraciət MM-in bu gün başlayan yaz sessiyasının ilk iclasında səsə qoyularaq qəbul edilib.
Parlamentin spikeri Oqtay Əsədov deyib ki, MM adından hazırlanmış müraciət BOK-a göndəriləcək.