Fotoreportaj|Video|На русском

Xronika

İlham Əliyev: Bakı olimpiya oyunlarına hazırdı

14 mart 2012 02:16
“Bakıda Olimpiya oyunlarının keçirilməsi üçün tam hazırıq və deyə bilərəm ki, bizim bu istəyimiz, eyni zamanda, ölkəmizin gücünü göstərir”. Azerisport.az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev deyib.
 
Astara Olimpiya İdman Kompleksinin açılışı zamanı çıxış edən dövlət başçısı bildirib ki, Azərbaycan 2020-ci ilin Olimpiya oyunlarının Bakıda keçirilməsi üçün müraciət edib, hazırda bu müraciətə baxılır. Onun sözlərinə görə, Bakı Olimpiya oyunlarının keçirilməsi üçün bütün imkanlara malikdi. Bunu Azərbaycan vətəndaşlarının da istədiyini bildirən prezident qeyd edib ki, beynəlxalq qurumların keçirdiyi rəy sorğusuna görə, əhalinin 95 faizi Olimpiya oyunlarının Bakıda keçirilməsini dəstəkləyir.
 
Ölkədə təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin edildiyini deyən ölkə başçısı bildirib ki, Azərbaycandakı sabitlik, ictimai-siyasi asayiş Olimpiya oyunlarının burda keçirilməsi üçün mühüm amildi.

“İdmana Azərbaycanda çox böyük diqqət göstərilir. Bizim dövlət siyasətimiz də idmanın inkişafına yönəldilibdi. Azərbaycan dövlətinin idmana münasibətini görmək üçün sadəcə olaraq uğurlarımıza fikir vermək kifayətdi. Son illər ərzində idmançılarımız bütün beynəlxalq yarışlarda böyük qələbələr qazanırlar. Dünya çempionatlarında, Olimpiya oyunlarında, Avropa çempionatlarında milli bayrağımız dalğalanır. Bu, çox sevindirici haldı. İldən-ilə idmançılarımızın uğurları, medalların sayı artır və ölkəmizin idman şöhrəti yüksəklərə qaldırılır.
 
Bu il Azərbaycanda “İdman ili” elan edilib. Bu da çox gözəl göstəricidi. Bu, onu göstərir ki, Azərbaycan dövləti idmanın inkişafına nə qədər diqqət yetirir. “İdman ili” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək. Ancaq bu il ilk istifadəyə verilən olimpiya idman kompleksi Astara Olimpiya İdman Mərkəzidi.
 
Əminəm ki, bu il idmançılarımız bizi yenə də öz uğurları ilə sevindirəcəklər. Bu il Olimpiya oyunları ilidi. İdmançılarımız bu oyunlara çox fəal hazırlaşırlar və ümid edirik ki, Olimpiya oyunlarında da bizim böyük uğurlarımız olacaq. Belə fikirləşməyə əsas verən bizim əvvəlki dövrlərdə Olimpiya oyunlarındakı çıxışlarımızdı. İldən-ilə Olimpiya oyunlarında medalların sayı artır və Azərbaycan idman dövləti kimi özünü dünyaya, dünya idman ictimaiyyətinə təqdim edir.
 
Ölkəmizdə müxtəlif beynəlxalq yarışların keçirilməsi artıq gözəl bir ənənəyə çevrilibdir. Azərbaycanda istənilən beynəlxalq idman yarışının keçirilməsi mümkündür. Avropa, dünya çempionatlarının keçirilməsi artıq bizim yaxşı ənənəmizdir və bütün bu böyük yarışlar yüksək səviyyədə keçirilir. Bu amili və bütövlükdə ölkəmizin uğurlu inkişafını nəzərə alaraq Azərbaycan 2020-ci ilin Olimpiya oyunlarının Bakıda keçirilməsi üçün müraciət etmişdir və bu müraciətə baxılır. Mən hesab edirəm ki, ölkəmizin paytaxtı Bakı Olimpiya oyunlarının keçirilməsi üçün də bütün imkanlara malikdir. Bizim gözəl infrastruktur imkanlarımız vardır. İnsanların Olimpiya oyunlarının Azərbaycanda keçirilməsinə böyük dəstəyi vardır. Beynəlxalq qurumlar tərəfindən keçirilmiş rəy sorğuları da bunu göstərir. Ölkə vətəndaşlarının 95 faizi Olimpiya oyunlarının Azərbaycanda keçirilməsinə öz dəstəyini vermişdir.
 
Bizim kifayət qədər idman qurğularımız vardır. Tikilməkdə olan, tikilmiş və nəzərdə tutulan böyük idman qurğuları. Artıq bu məsələ də gündəlikdədir. Bizim gözəl idmançılarımız, idman uğurlarımız vardır.
 
Azərbaycanda təhlükəsizlik tədbirləri çox yüksək səviyyədə təmin edilir. Ölkəmizdə hökm sürən sabitlik, ictimai-siyasi asayiş Olimpiya oyunlarının keçirilməsi üçün də mühüm amil kimi özünü göstərir. Bir sözlə, biz Bakıda Olimpiya oyunlarının keçirilməsi üçün tam hazırıq və deyə bilərəm ki, bizim bu istəyimiz, eyni zamanda, ölkəmizin gücünü göstərir”.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah