Azad Rəhimov Belqrada yola düşdü
14 mart 2012 15:27

Serbiyanın Belqrad şəhərində 15 mart tarixində Avropa Şurası İdman Nazirlərinin 12-ci Konfransına start veriləcək. Azerisport.az xəbər verir ki, konfransda Azərbaycanı Gənclər və İdman naziri Azad Rəhimov təmsil edəcək.
Konfrans zamanı “Oyunların nəticələrinin əvvəlcədən razılaşdırılmasına qarşı idmanın təmizliyinin və bütövlüyünün qorunub saxlanılması”, “Ümumavropa idman əməkdaşlığının cari siyasi məsələləri” və digər mövzular ətrafında müzakirələr aparılacaq.
Eyni zamanda konfrans çərçivəsində qonaqlar üçün idmanda ümum Avropa məkdaşlığına dair təqdimat (WADA, Avropa İttifaqı, UEFA ilə əməkdaşlıq) ediləcək.
Qeyd edək ki, Avropa nazirlərinin əvvəlki konfransı Bakı şəhərində keçirilmişdi və prosedura görə Gənclər və İdman naziri Azad Rəhimov növbəti Konfransın həmsədirlərindən biridi.