İlham Əliyev İdman ili ilə bağlı yeni sərəncam imzaladı
30 mart 2012 11:54

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Azerisport.az xəbər verir ki, sərəncamda aşağıdakı məqamlar qeyd olunub:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 16 yanvar tarixli 1965 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin.
2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. “Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etsin;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.