Fotoreportaj|Video|На русском

Xronika

Beynəlxalq Sığorta Şirkəti-nin 10 yaşı tamam oldu!

2 aprel 2012 16:35
 
Bu ilin 2 aprel tarixində Beynəlxalq Sığorta Şirkəti öz 10 illiyini qeyd edir. Şirkət 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmiş və hazırda ölkənin aparıcı sığorta şirkətlərindən biridir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin sifarişi ilə «GfK Türkiye» şirkəti tərəfindən aparılan marketinq araşdırmasının nəticələrinə görə isə ölkənin ən tanınan sığorta şirkəti adlandırılmışdır.
 
2011-ci ilin nəticələrinə görə şirkət 5,7 mln. AZN məbləğinə yaxın sığorta ödənişini həyata keçirərək və 12,4 mln. AZN sığorta haqqı yığıraq, Azərbaycanın sığorta bazarının özəl sektorunda ümumi sığorta ödənişləri üzrə 3-cü yerə, sığorta yığımları üzrə isə 5-ci yerə nail olmuşdur.
 
Fəaliyyət dövrü ərzində Beynəlxalq Sığorta Şirkəti bir sıra mükafatlara layiq görülmüşdür. Onların sırasında “Azərbaycanın sığorta bazarında yeniliklərin tətbiq edilməsi” üçün “Uğur” milli mükafatı, “İlin Sığorta Şirkəti” nominasiyasında “Azeri Business Award” mükafatı, Rusiyanın sığorta bazarının sığorta şirkətləri ilə sıx əməkdaşlığına görə Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyi və Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi tərəfindən təsis edilmiş “Proqress” mükafatı və bir çox digər mükafatlar vardır.
 
2009-cu ildə Beynəlxalq Sığorta Şirkəti Moody's Investors Service beynəlxalq reytinq agentliyindən “B2” səviyyəsində “sabit” reytinq proqnozu ilə maliyyə sabitliyi reytinqi almışdır. Bu şirkətin tarixində növbəti mühüm nailiyyətlərdən biri olmuşdur.
 
2011-ci ildə Beynəlxalq Sığorta Şirkəti təkrarsığortaçıların Baden-Baden şəhərində hər il keçirilən illik beynəlxalq konfransının strateji tərəfdaşı və Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunun baş sponsoru olmuşdur.
 
Yubiley haqqında söz açaraq, Beynəlxalq Sığorta Şirkətinin Direktorlar Şurasının sədri Cəmil Sultanov bildirmişdir: “Fəaliyyət dövrü ərzində biz bir sıra uğurlara imza atmışıq. Lakin, sığorta sahəsində məhsul duyulmaz xarakterli olduğu üçün, insanların etimadı ən vacib uğur hesab edilir. Hazırda tərəfimizdən 980-dən çox daşınmaz əmlak, 6500-dən çox nəqliyyat vasitəsi və 8000-dən çox şirkət, müəssisə, səfirlik və dövlət strukturlarının əməkdaşları sığortalanmışdır. Ən əsas  nailiyyətimiz 10 illik fəaliyyət ərzində qazandığımız adımızdır! Bununla əlaqədar, ilk növbədə, Azərbaycan Beynəlxalq Bankına və əlbətdə ki, müştərilərimizə minnətdarlığımı bildirmək istəyirəm, çünki bizim uğurlarımızda onların rolu əvəzedilməzdir”.
 

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah